Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Abşeron rayonunda 1 şəhər (Хırdalan şəhəri), 8 qəsəbə (Ceyranbatan, Saray, Qobu, Güzdək, Digah, Hökməli, Mehdiabad, Aşağı Güzdək) və 6 kənd (Novхanı, Fatmayı, Görədil, Məmmədli, Masazır, Pirəkəşkül) vardır.
Rayon ərazisində 75 dövlət müəssisəsi, 9  bank filialı, 2 rabitə müəssisəsi, 6 mehmanхana fəaliyyət göstərir.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 105400 nəfər, o cümlədən sənayedə çalışanların sayı 7100 nəfər, tikintidə 12000 nəfər, dövlət təşkilatlarında 6000 nəfər, səhiyyədə 2600 nəfər, təhsildə 6300nəfər, digər sahələrdə 71400 nəfərdir. 2019-cu il ərzində rayon ərazisində 9278 yeni iş yeri açılmışdır.
Ötən il ərzində məhsul istehsalının həcmi 334.5 milyon manat, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 230.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 157.7 milyon manat olmuşdur. Orta aylıq əmək haqqı 469.2 manat, o cümlədən sənayedə çalışanların əmək haqqı 477.7 manat təşkil etmişdir.

 Abşeron rayonu 2020-ci ildə daxil olmaqla 9  ildir ki, dotasiya almadan öz yerli xərclərini maliyyələşdirir. 

    Ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı rayon İcra Hakimiyyətləri qarşısında qoyduğu vəzifələrlə bağlı Abşeron rayonu çox böyük nəticələr əldə etmişdir. Respublika iqtisadiyyatına qoyulan özəl investisiyaların həcminə görə Abşeron rayonu 2018-ci ildə  Respublikada birinci yerdə olmuş və rayon ərazisinə 271,8 milyon manat investisiya cəlb edilmişdir.

2019-cu ildə də bu uğurlar davam etdirilmişdir. 2019-cu il də daxil olmaqla , son 5 il ərzində Abşeron rayonu üzrə əsas kapitala yönəldilmiş investisiyanın cəmi 1 milyard 46.9 milyon manat olmuşdur. 2019-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara  40 investisiya layihəsi üçün  42.5  milyon  manat  güzəştli kredit verilmişdir ki, həyata keçirilmiş  bu layihələr üzrə  975  yeni iş yeri yaradılmışdır.
Sahibkarlığın inkişafına yaradılmış əlverişli şəraitin nəticəsində 2019-cu ildə bir çox iri sənaye və kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinin inşası həyata keçirilmişdir.Belə ki, Saray qəsəbəsində  istehsal gücü il ərzində 5000  ədəd olan alüminium tərkibli istilik radiatorları istehsalı zavodunun, Məmmədli kəndində istehsal gücü il ərzində 50 min ton olan sinklənmiş polad vərəqə istehsalı, illik istehsal gücü 3 min ton olan istixana örtükləri   istehsalı  və  aylıq istehsal gücü 560 ton olan qənnadı məhsulları istehsalı  müəssisələrinin, Xırdalanda illik istehsal gücü 8,4 min ton olan metal neft-qaz xətləri aksesuarlarının istehsalı müəssisəsinin və illik istehsal gücü  1,5 ton olan quru süd zavodunun, Mehdiabadda  illik istehsal gücü 2640 ton olan qida məhsulları  istehsal müəssisəsinin, Aşağı Güzdək qəsəbəsində   illik istehsal gücü 25 min kv.metr parket, 20 min metr plintus, 600 ədəd qapı, 600 kv.metr pəncərə   istehsalı müəssisəsinin və illik istehsal gücü 216 min kv. metr keramit, 360 min kv. metr üzlük, 9 milyon ədəd üzlük kərpic, 189 min kv. metr keramit döşəmə və s. tikinti materiallarının istehsalı müəssisəsinin, Novxanıda  “Bakı Praqa Export “ MMC tərəfindən yeni pivə istehsalı zavodunun tikintisi aparılmışdır.                            
Azərbaycan Respublikası Prezidentinin 22 mart 2018-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına tikinti işləri yüksək səviyyədə başa çatdırılaraq, müəssisə 2019-cu ilin yanvar ayından fəaliyyətə başlamışdır. Artıq müəssisədə rayonun Qobu, Hökməli və Güzdək qəsəbələrindən 85 nəfər işlə təmin olunmuşdur. Müəssisədə ümumilikdə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun  olaraq Abşeron rayonunun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi və aqropark yaradılması istiqamətində çox böyük layihə həyata keçirilir.
Xəzər və Suraxanı rayonlarının   Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında  “Grand Aqro” MMC tərəfindən 3570   hektar   sahədə  aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bu günə qədər  39.2 km uzunluğunda su xətti çəkilmiş, ümumi sahəsi 230 min kubmetr olan  6 su hovuzu, nasosxana  inşa olunmuş, 1312 ha sahədə damlama üsulu ilə suvarma sistemi quraşdırılmış, 30 ədəd texnika alınmışdır. Hazırda laboratoriya  və istixana binalarının inşasında son tamamlama işləri görülür.
2018-2019 cu illərdə 257 hektar sahədə badam,  287 ha sahədə isə zeytun  bağı salınmışdır. Ümumi meyvə bağı sahəsi 1312 hektardır. Layihənin icrasına 30.4 milyon manat vəsait sərf edilmişdir. Badam sahələrindən 2019-cu ildə 30 ton məhsul yığılmışdır.


 

 

Keçidlər