Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb

23 fevral 2017 | 16:00

26 fevral Xocalı faciəsinin 25-ci il dönümü ərəfəsində Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətində baş tutan görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova Xocalı soyqırımından, eləcə də Azərbaycanın digər ərazilərində tarixi düşmənlərimiz tərəfindən törətdilən qətliamlardan, erməni vəhşiliklərinin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanınmasından ətraflı danışıb.
İradə Gülməmmədova bildirib ki, hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitçe-prezidenti Leyla Əliyevanın böyük xidmətlərin olduğunu, “Xocalıya Ədalət” kompaniyasının uğurlu nəticələr verdiyini qeyd edən başçı sözügedən kompaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırıldığını vurğulayıb.
İ.Gülməmmədova qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları tərəfindən etiraf olunur: “Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən işğalı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar”.

Daha sonra Xocalı şəhid ailələri üzvlərindən Tural Nurməmmədov, Birilyant Hacıyeva, Tahirə Hüseyinova, İbrahim Nurməmmədov və başqaları çıxış edərək Xocalı faciəsi və onunla bağlı dövlətimizin həyata keçirdiyi hüquqi və siyasi tədbirlərdən, torpaqlarımızın bütövləşməsi üçün ölkə başçısının apardığı alternativsiz siyasətdən danışıblar.

Sonda Xocalı köçkün ailələrinə maddi yardım təqdim olunub.

Keçidlər