Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılıb

12 dekabr 2016 | 16:00

Bu gün öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Ulu Öndər anılır, əziz xatirəsi yad edilir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir. Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Çünki Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb, adı Azərbaycan tarixinə əbədi həkk olunub.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

Anım günündə Abşeron rayon İcra Hakimyyətinin başçısı xanım  İradə Gülməmmədova, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri tərəfindən Ulu Öndərin heykəlinin önünə əklillər qoyulub.

10 mindən çox rayon sakini Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə tər qərənfillər düzüb və abidə önündə ehtiramla baş əyərək,onun əziz xatirəsini hörmətlə yad ediblər.
Ardınça mərasim iştirakçıları Abşeron rayonu Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.

Xırdalanda Ulu Öndərin anım günü münasibətilə ehsan süfrəsi açılıb


Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin vəfatının 13-cü il dönümü münasibətilə Xırdalan şəhərində baş tutan silsilə tədbirlər çərçivəsində Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ehsan süfrəsi də açılıb. 300 nəfərdən çox insanın iştirak etdiyi ehsanda öncə Ulu Öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib. Ehsan süfrəsi arxasında idarə, müəssisə,təşkilat üzvləri ilə yanaşı sadə vətəndaşlar da əyləşib.

 

Keçidlər