Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda yeni inşa edilən bağçanın açılışı olub

18 noyabr 2016 | 16:00

        Açılış mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova , rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, ağsaqqallar, rayon sakinləri və KİV nümayəndələri iştirak edib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova, rayonda aparılan abadlıq-quruculuq işlərindən danışaraq Xırdalanın simasının günü -gündən  dəyişdiyini, onun infrastrukturunun daha da yaxşılaşdığını bildirib. Son on ildə rayonda 50-yə yaxın uşaq bağçasının və məktəbin tikildiyini, yaxın zamanlarda isə daha 4 uşaq baxçasının istifadəyə verilməsinin planlaşdırıldığını deyən İcra Başçısı vurğulayıb ki, bütün bunlar cənab Prezident İlham Əliyevin Abşeron rayonunun inkişafına və onun sakinlərinin rifahının artırılmasına göstərdiyi böyük diqqət və qayğısını təsdiq edir.

       Daha sonra rayon rəhbəri körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, körpələr evi-uşaq bağçasının inşasına 2015-cü ilin sonlarında başlanılıb və tikinti işləri yüksək səviyyədə icra olunub. Bağça 115 yerlikdir. Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.
Rayon rəhbərinə məlumat verilib ki, iki mərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla altı qrup fəaliyyət göstərəcək. Bu qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus dillərində aparılır. Uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.
Bağçanın ümumi ərazisi 4700 m²-dir. İki mərtəbədən ibarət binanın ümumi sahəsi 1630 kvadratmetr təşkil edir. Bağçanın qazanxanası, müasir istilik sistemi, həyətyanı ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.

Keçidlər