Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 18 Oktyabr – "Dövlət Müstəqilliyi Günü"nün 25 illiyi münasibətilə tədbir keçirilib

18 oktyabr 2016 | 16:00

        Abşeron rayonunda 18 Oktyabr – "Dövlət Müstəqilliyi Günü"nün 25 illiyi münasibətilə tədbir keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan bayram yığıncağında rayon İcra Hakimiyyətinin başçısı  xanım İradə Gülməmmədova, royonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan toplantıda Müstəqillik Aktının qəbul edilməsinin tarixinə qısa nəzər salan DTX Abşeron şöbəsinin əməkdaşı Xəyalə Qədimova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

        XX əsrdə xalqımızın iki dəfə azadlıq mücadiləsinə qoşularaq müstəqillik uğrunda mübarizə apardığını vurğulayan X.Qədimova qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Lakin 1920-ci ildə dövlətimizin suverenliyi pozuldu və bu 70 il müddətində davam edi. “Ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan çox keçmədən onu itirsə də, 1990-cı illərdə yenidən istiqlalına qovuşub”, - deyən X.Qədimova bildirib ki, gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yarandı. Ümummilli liderin rəhbərliyi ilə davamlı ictimai siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi.
X.Qədimova çıxışında Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasını, sosial–iqtisadi inkişaf sahəsində qazanılan nəticələri xüsusi vurğulayıb.

Bundan sonra tədbir bədii hissə ilə davam etdirilib. Konsert proqramında tanınmış inçəsənət xadimləri və rayon mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər.

 

Keçidlər