Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Bilik günü” qeyd edilib

15 sentyabr 2016 | 16:00

      Abşeron rayonunda fəaliyyət göstərən bütün məktəblərdə olduğu kimi, Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdə də “Bilik günü” qeyd edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil şöbəsinin müdiri Kamran Rzayev, məktəb kollektivi və KİV nümayəndələri iştirak edib.
Müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edən İ.Gülməmmədova Azərbaycanda həyata keçirilən təhsil siaysətindən söz açıb, görülən işlərdən, əldə olunan naliyyətlərdən danışıb.


     Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir guşəsində yeni məktəblərin tikilərək istifadəyə verildiyini qeyd edən başçı bildirib ki, təhsil səviyyəsinin daha da yüksəldilməsi dövlətin qarşıya qoyduğu əsas hədəflərdən biridir.
Abşeron məktəblərinin də uğurlarının günü-gündən artdığını vurğulayan İ.Gülməmmədova bildirib ki, bu il rayon məktəblərini bitirən məzunların 79 faizi ali təhsil ocaqlarına qəbul olub. Əldə edilən göstəricinin daha da artırılmasının vacibliyini deyən İ.Gülməmmədova yüksək nəticə əldə etmək üçün rayonməktəblərində hər bir şəraitin olduğunu söyləyib.
Sonra 7 saylı tam orta məktəbin drektoru Zenfira Orucova rəhbərlik etdiyi təhsil ocağının uğurlarından, dərs prosesindən və qarşıya qoyulduğu vəzivələrdən söz açıb.
Şagirdlərin müxtəlif şeirlər səsləndirməsindən sonra ilk zəng çalınıb.

Keçidlər