Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova dünyanın məşhur “NovaNord” şirkətinin əməkdaşları ilə görüşüb

13 may 2016 | 16:00

Dünyanın məşhur “NovaNord” şirkəti Abşeron rayonunda böyükhəcmli layihələr reallaşdırmağı planlaşdırır. Bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə adıçəkilən şirkətin baş kordinatoru xanım Ceren Yıldız və şirkətin Fransa və Monoko üzrə drektoru Albert Satre, eləcə də Azərbaycanın Fransadakı səfirinin iqtisadiyyat və regionlarla əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədov arasında görüş keçirilib.
Görüşdə C.Yıldız bildirib ki, baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən “NovaNord” şirkəti dünyanın bir çox ölkəsində həyata keçirdiyi layihələrə çox böyük maliyyə vəsaiti yatırır. Azərbaycan iqtisadiyyatının şaxələnməsi və güclənməsi, ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi, biznes mühitinin yaxşılaşmasının “NovaNord” şirkətinin rəhbərliyinin diqqətini çəkdiyini, respublika ərasizində mümkün biznes imkanlarını araşdırdıqlarını vurğulayan baş kordinator Abşeron rayonunun potensialının genişliyini və burada lazımi mühitin mövcud olduğunu qeyd edib. Bu baxımdan Abşeronda biznes imkanlarının araşdırılmasında, prioritet sahələrin öyrənilməsində və mümkün əməkdaşlıq imkanları üzərində müzakirələr aparmaqda maraqlı olduqlarını vurğulayan C.Yıldız bildirib ki, təmsil etdiyi şirkət iri tikinti layihələrinə, kənd təsərrüfatı məhsullarının istehsalına və heyvandarlıq sahəsinin inkişaf etdirilməsinə böyük diqqət ayırır.

Öz növbəsində İ.Gülməmmədova rayon haqqında və biznes imkanları barəsində ətraflı məlumat verib. Rayon ərazisində 500 minə yaxın sakinin yaşadığını vurğulayab RİH başçısı Abşeronun Azərbaycanın iki böyük şəhərinə - Bakı və Sumqayıta yaxın ərazidə yerləşdiyini, kənd təsərrüfatı torpaqlarına və sənaye qovşaqlarına malik olduğunu qeyd edib.
Rayon ərazisində prioritet hesab edilən istiqamətlər üzrə əməkdaşlığa, xarici şirkətlərə, eləcə də “NovaNord” kompaniyasına Abşeronda yatırımlar etmək üçün hər bir köməkliyin göstərilməsinə hazır olduqlarını vurğulayan İ.Gülməmmədova Azərbaycanda dövlət səviyyəsində azad və rəqabətli biznes mühitinin yaradıldığını və ona dəstək verildiyini bildirib.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfirinin iqtisadiyyat və regionlarla əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədov da beynəlxalq şirkətlərin Azərbaycanla iqtisadi bağların qurulmasında maraqlı olduqlarını qeyd edərək Abşeronla Fransa şəhərləri ilə qardaşlaşmasının mümkünlüyünü və bunun hər iki ölkəyə verəcəyi faydalardan danışıb. O, fransızların turist kimi Azərbaycana gəlmək istədiklərini, Abşeronda turzm sahələrinin inkişafını qeyd edərək bu istiqamətdə fəaliyyət göstərdiklərini vurğulayıb.

 

Keçidlər