|
|
|
|
|
| Ünvan: Az 0100, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsi 7, Tel.: (+994 12) 342 11 00, 342 40 00, Faks: (+994 12) 342 74 07, E-mail: absheron_rih@box.az |
|
|
|
Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir. Abşeron sözü fars dilində - ab (su) və şoran (duzlu) sözündən ibarət olmaqla «Şor su» deməkdir. Abşeron rayonunun inzibati ərazisi 1960 kv.km, əhalisi 1 yanvar 2012-ci il tarixinə əsasən 274501 nəfərdir. Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 23649 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Rayonun inzibati ərazi vahidinin yaranması 1963-cü ilə təsadüf edir. Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə yaranmışdır. Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV - XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Belə ki, Abşeron rayonunda Xırdalanda - Məşədi İmambaxış hamamı, 1904-cü ildə, Hacı Həsən ovdanı Novxanıda - XVII əsrdə Şah Sultan Hüseyn məscidi. Bir çox ziyalıları yetirmişdir. Masazırda - XV əsrdə «Xan bağı» türbəsi Məmmədlidə - «Yanar dağ» - XVIII əsrdə ovdan - ağ məscid Qobuda - 700 il əvvəl yaranmışdır, xalçaçılıq Hökməlidə - XIX əsrdə Əlimurad hamamı və xalçaçılıq Fatmayıda - XVII əsrdə Hacı Heybət məscidi, XIX əsrdə Məhəmməd Həsən hamamı, XIX əsrdə Əlibatti məscidi Digahda - XVII əsrdə Cümə məscidi, tunc dövrünə aid Kurqan gölü mövcuddur. Bundan əlavə Xırdalan, Saray, Novxanı, Fatmayı, Masazır, Hökməli qəsəbə və kəndlərdə onlarca tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər yetişmişdir. Vəli Axundov, M.Ə.Rəsulzadə, Qara Qarayev, Mehdi Hüseynzadə, Mikayıl Ələkbərov, Əliağa Vahid kimi xadimlər, onlarca şair, dramaturq, aktyor, rəssam və s. sənət adamları yetirmişdir. Hal-hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı 4 müasir istirahət parkı, 2 muzey, 4 mədəniyyət evi, 20 səhiyyə müəssisəsi, Şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir. ətraflı oxu |
|
|
|
|
|
|